Ərəblərin yasaqlıq ərazisində hərəkəti qadağan edildi - RƏSMİ

Ərəblərin yasaqlıq ərazisində hərəkəti qadağan edildi - RƏSMİ
 

"Bir neçə gündür sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhimsiz rəftarla bağlı məlumatlar yayılıb. Bununla bağlı ilk olaraq bildirmək istəyirəm ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir".

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Hikmət Əlizadə bildirib ki, digər xarici ölkə vətəndaşları kimi, Ərəb ölkələrindən insanlar Azərbaycan gələ və istirahətini təşkil edə bilər. Amma o başqa məsələdir ki, istirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməlidir və bunun qaşısını almalıdır:

"Bu məlumatlar da bizə daxil olanda araşdırma apardıq və məlum oldu ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. 

Araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazisində heyvanlarla rəhimsiz rəftarla bağlı məlumat daxil oldu və buna görə cərimə edildilər. Dünən mətbuatda məlumatlar yayıldı ki, həmin ərazidə hətta ov aparıblar. Fakt qismən müəyyən edildi. Onu da qeyd edim ki, sosial şəbəkələrdə bir sıra köhnə dövrlərə məxsus olan, hətta ərazisi belə müəyyən edilməyən foto və videolar yayılıb. İddia olunur ki, bunlar həmin ərazisinə lentə alınıb. Bir faktı deyim ki, hazırda quşların miqrasiya dövrü bitib və buna görə onların sayı ölkədə azdır. Amma bəzi faktlar öz təsdiqini tapdı və iki ərəb turist 4 min manat civarında cərimələndilər. Hazırda bizim tərəfimizdən, onların yasaqlıq ərazisində hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə tərəfimizdən postlar qurulub ki, onlar orada hərəkət etməsinlər. Bu barədə araşdırmalarımız davam etdiriləcək. Fürsətdən istifadə edib bu məlumatları ötürən şəxslərə öz təşəkkürümü bildirirəm". ("Qafqazinfo")


OXŞAR XƏBƏRLƏR

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...