Ərəblər Azərbaycandan niyə “küsüb”?

Ərəblər Azərbaycandan niyə “küsüb”?
Dövlət Turizm Agentliyi son zamanlar Azərbaycana gələn ərəb turistlərin sayının azalmasına münasibət bildirib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə açıqlamasında bildirib ki, 2019-cu ilin iki ayı ərzində Azərbaycana gələn ərəblərin sayında 7 faiz azalma var:

"Bu, müvəqqətidir. Çünki ərəb ölkələrindən Azərbaycana turistlərin gəlmə istiqamətində müəyyən şərtlər dəyişib. Son zamanlar həmin ölkələrdən Azərbaycana birbaşa uçuşların sayı azalıb. Ümumiyyətlə, tək ərəb ölkələri deyil, Yaxın Şərq regionundan gələn turistlərin sayı azalıb.

Bunun müxtəlif səbəbləri var və müəyyən ölkələrə viza verilmə qaydaları fərqləndirilib. Həmin bölgələrdən bu yaxınlarda iki yeni aviaşirkət uçuşlara başlayıb. Biz bu ilin fevralından Yaxın Şərq bölgəsində geniş təbliğat kampaniyasına başladıq və təbliğat işləri aparılır.

Bir şeyi nəzərə almaq lazımdır ki, turizm həm qəbul etmək, həm də yola salmaqdır. Yaxın Şərq bölgəsi iqtisadi və siyasi problemlərin çox olduğu bölgədir. Belə halların olması normaldır. Burada qeyri-adi bir şey yoxdur. Müvəqqəti azalmadan söhbət gedir.

Ölkəyə gələn turistlərin sayında 3 faiz artım varsa, ölkə turizmindən gələn gəlirlər də artır. Hansısa bazardan bir ayda gələn gəlir düşürsə, digərində artır. Bu da normaldır. Unutmaq lazım deyil ki, yanvar-fevral ayı turizmdə aşağı mövsüm sayılır. Bizdə yuxarı mövsüm isə indi başlayır”.

Kənan Quluzadənin sözlərinə görə, ölkəyə gələn ərəb turistlərin sayında bu il ərzində 7 faiz azalma olsa da, ümumi turistlərin sayında 3 faiz artım var:

"70 faiz Cənubi Asiya, 30 faiz Mərkəzi Asiya, 15 faiz isə digər ölkələrdən gələn turistlərin sayında artım var. Biz yeni bazarlar istiqamətində işlər görürük ki, turizm sahəsində rəqəmlər stabil olaraq inkişaf etsin”.

Agentlik rəsmisi İrandan Azərbaycana gələn turistlərin sayının azalmasına da aydınlıq gətirib.

O qeyd edib ki, ötən ildən başlayaraq İrandan digər ölkələrə çıxış 50 faiz azalıb:

"2018-ci ildə Azərbaycana İrandan gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən 33 faiz, İrandan Gürcüstana gedənlərin sayı isə 45 faiz azalıb. Bu, İrana qarşı tətbiq edilmiş sanksiyalar, oradan turist çıxışı üçün tətbiq olunan vergi və valyuta əldə edə bilməməklə əlaqəlidir. Biz bilirdik ki, Novruzda iranlıların sayı azalacaq və bu, gözlənilən idi”.Oxu

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...