Ərəbdilli mətbuatda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc edilib

Ərəbdilli mətbuatda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc edilib
İordaniyanın "Nayruz”, İraqın "Əfkarhür”, Misirin "Mədəniyyət xəbərləri” və Fələstinin "Əl Bayadər” portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Turan Rzayevin "Zəngəzur dəhlizi və ərəb ölkələri üçün yeni fürsətlər” sərlövhəli məqaləsi yayımlanıb.

Sfera.az xəbər verir ki, məqalədə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallığın region ölkələri ilə yanaşı, həm də Yaxın Şərqin ərəb ölkələri üçün də yaratdığı imkanlardan bəhs olunur.
 
Yazıda diqqətə çatdırılır ki, ötən ay Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında kommunikasiyaların bərpası və nəqliyyat dəhlizlərinin açılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin bütün ölkələrin iqtisadi tərəqqisi üçün mühüm olduğunu bəyan edib.

Müəlliflər qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Yaxın Şərqin ərəb ölkələri üçün də faydalı ola bilər. Belə ki, son illər Avrasiya məkanında mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan Avropa və Çin arasında nəqliyyat əlaqələri baxımından həmin ölkələr üçün yeni marşrut olacaq. İri neft və qaz tədarükçüsü olan ərəb ölkələri, eyni zamanda, karbohidrogen ehtiyatlarını quru kəmərləri vasitəsilə dünya bazarlarına çatdıra bilər. Azərbaycanın Avropaya uzanan və gələcəkdə Mərkəzi Asiyanı da daha sıx birləşdirəcək enerji infrastrukturu buna imkan verir.
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...