“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar”

“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar”
 

Quba rayonunda yerləşən "Aynur" restoranına ərəb qonağı ilə gedən müştəri aldadıldıqlarını iddia edir.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaş İlahə Yusifli bildirib ki, Küveytdən gələn qonağı üçün həmin istirahət mərkəzinin otelində otaq da tutublar: "Biz birinci oturduq, sifarişimizi verdik, daha sonra qalmaq üçün evi də danışıb qonağı gözlədik. ​Əyləşəndən sonra qonağın əcnəbi olduğunu görüb ona fərqli menyu verdilər. Həmin menyuda bir şiş lülə 20 manat idi. Biz buna etiraz etdik və həmin şəxsin bizim qonağımız olduğunu dedik. Bundan sonra fırıldaqla məşğul olmağa başladılar. Bir şişdə 3 lülə vermək əvəzinə 2 tikə lülə gətirdilər. Qonağın yanında biabır olmamaq üçün səsimizi çıxarmadıq. Əlavə kabab sifariş edəndə isə 1 tikə lüləni 4 yerə bölüb "buyurun, bu da lüləniz" dedilər. Ərəb qonağımız əsəbdən yemək yemədən masadan qalxdı və gedib başqa oteldə özünə otaq tutdu".

İ. Yusifli əlavə edib ki, restoranda müdiriyyət işçilərin üstünə müştərilərin yanında qışqıraraq onlarla kobud davranıb. 

"Aynur" istirahət mərkəzinin administratoru Ziya Əliyev isə qafqazinfo-ya açıqlamasında bu iddiaları təkzib edib:

 

"Elə şey yoxdur, onu kim deyirsə, qələt edir. Bizdə standart menyudur, qiymətlər hamıya eynidir. 4-5 ildir ərəblərlə işləyirik, nə oldu, indi problem çıxdı? Kabablar, yeməklər hamıya eyni qiymətdir. Ola bilsin qəlyanda 5 manat fərq olsun. Hamıya 10 manatdırsa, ərəblərə 15 manata veririk. Çünki onlar fərqli tütündən hazırlanmış qəlyan sifariş edirlər. Biz də həmin tütünü xüsusi sifariş edib gətizdiririk. Həmin tütün bahadır. Bu qiymət fərqi ərəbə görə deyil, tütünə görədir". 


OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...