Ərdoğanla Putinin Soçi görüşündən gözləntilər: \"Türkiyənin qərarlılığı Moskvanı güzəştə məcbur edəcək\"

Ərdoğanla Putinin Soçi görüşündən gözləntilər: \
"Görüşdə İdlib böhranı, Türkiyənin Ukraynaya dəstəyi və Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunacaq”.
 
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə sentyabrın 29-da Rusiya prezidenti Putin və Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Soçidə keçiriləcək görüşündən danışarkən bildirib. O qeyd edib ki,  Rusiya bir müddətdir, Türkiyənin Ukraynaya hərbi-texniki dəstəyindən narahatdır:

"Putinin Ərdoğandan belə bir dəstəyi kəsməsini istəməsi mümkündür. Təbii ki, Ankara Ukraynaya dəstəklə bağlı Rusiyanın istəklərini yerinə yetirməyəcək. Çünki Ukrayna, Qara dəniz hövzəsi Türkiyənin əlində ciddi rıçaqdır. Suriyada İdliblə bağlı gərgin vəziyyət hökm sürür. Rusiya İdlibə və Afrinə havadan hərbi əməliyyatlar həyata keçirir. Artıq Türkiyədə idlib və Afrin isitiqamətinə yeni hərbi birliklər göndərir. Göründüyü kimi, hər iki tərəf görüş öncəsi öz güclərini nümayiş etdirir. Bunun da məqsədi güzəştə getməməkdir. Türkiyənin bu qərarlılığının Moskvanı güzəştə məcbur etməsi mümkündür”.

Politoloqun sözlərinə görə, Türkiyə İdlibdən o halda geri çəkilə bilər ki, YPG-yə qarşı hərbi əməliyyatlarda Rusiya dəstək versin:

"Bu görüşdə əsas müzakirə predmeti də bu istiqamətdə olacaq. Soçi görüşündə tərəflərin ortaq məxrəcə gəlməsi mümkün ola bilər. Hər iki ölkənin dərin böhrana getməsi gözlənilmir. Bu, nə Rusiyaya, nə də Türkiyəyə lazımdır. Xüsusilə, Rusiya Türkiyə ilə hərbi-texniki əməkdaşlığı qorumaqda maraqlıdır. "Zəngəzur" dəhlizi ilə bağlı tərəflər mümkün razılığa gələ bilər. İdliblə əlaqəli  bu görüşdə müsbət razılıq əldə edilsə, Zəngəzur dəhlizi və Ermənistanla münasibətlərin normallaşmasına təsir edəcək. Digər tərəfdən bu danışıqlarda razılaşma olacaqsa, Türkiyə Rusiyadan növbəti dəfə "S-400" havadan müdafiə sistemlərini ala bilər. Bu  məsələdə artıq ABŞ-ın mövqeyi Türkiyə üçün maraqlı deyil”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...