Ərdoğanla Putin Moskva görüşünü müzakirə etdi
16:29 / 13.01.2021
2149
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
Məlumata görə, Ərdoğan və Putin 11 yanvarda baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü müzakirə edib. Putin görüşün yekunları ilə bağlı Ərdoğanı məlumatlandırıb.
Ərdoğan Putinə Rusiya Federasiyasının Qarabağ münaqişəsinin həlli yolunda səylərini dəstəklədiyini və Rusiya ilə Türkiyə arasında fəaliyyət koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.