Ərdoğanla Putin arasında telekörpü keçiriləcək
14:17 / 01.03.2021
776
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında "Akkuyu” Atom Elektrik Stansiyasının üçüncü blokunun tikintisinin başlanması ilə bağlı telekörpüyə hazırlıq görülür.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Onun sözlərinə görə, telekörpüdə başqa məsələlərə dair danışıqların aparılması gözlənilmir.
(report)