Ərdoğanla görüşdən əvvəl Putindən PKK-ya muxtariyyət mesajı

Ərdoğanla görüşdən əvvəl Putindən PKK-ya muxtariyyət mesajı
"Prezident Ərdoğanın bu ayın sonunda və ya ən geci oktyabrın əvvəlində Rusiyaya səfəri gözlənilir. Çox kritik mövzular var ki, Kreml bu zirvəni "ikitərəfli münasibətlərin başlanmasından bəri ən əhatəli gündəm" olaraq xarakterizə edib”.

Sfera.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib. Onun sözlərinə görə, 10 gün ərzində ruslar Türkiyəyə qarşı 3 həmlə edib:

"Ötən həftə üçlü təlim və Türkiyə-Azərbaycan arasında təlim keçirildi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı narahatlığını Bakıya çatdırdı. Ərdoğan-Putin zirvəsindən əvvəl, masa qurulmadan Türkiyəyə həm İdlib, həm PYD, həm də Cənubi Qafqaz üzərindən barmaq silkələdilər.
Rusiyanı Türkiyəyə qarşı aqressiv atmosferə salan səbəblərdən biri də Ukrayna-Türkiyə münasibətləridir.
 
İkincisi, Ukraynanın NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna müsbət yanaşması.
 
Üçüncüsü, Ukraynanın Krımın işğalındakı münasibəti, Türkiyənin əvvəldən Krımın işğalına baxışı".

T. Dağlı qeyd edib ki, müxalifətin Suriyada iki qalası var idi: Dera və İdlib: "Rusiya rejim, İran Daranı aldı. İndi növbə İdlibdədir. İdlibə genişmiqyaslı hücum başlayarsa, köç axını olacaq və bu, Türkiyəni çətin vəziyyətə salacaq. Rusiya hazırda İdlibi bombalayır və Türkiyəni günahlandırır. İdliblə bağlı son razılaşma 5 mart 2020-ci ildə əldə edilmişdi.Bölgədəki gərginliyi nəzərə alaraq razılaşmanın yenilənməsi lazımdır. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Bəşər Əsədi qəbul etdi. O "Suriya ərazisinin 90 faizi Əsədin nəzarətindədir" dedi.
 
Putinin bu hesablamasına görə, qalan 10 faiz İdlibdir. Putinə görə, PKK-PYD terror təşkilatının işğalı altında olan Fəratın şərqindəki Suriya torpaqları isə Suriya ərazisi deyil. Putin riyazi bir səhv etməyibsə, Fəratın şərqindəki terror təşkilatına muxtariyyət mesajı verir. Rusiya konstitusiya çalışmalarında da PKK-PYD-yə bu jesti etmişdi.

Putinin sözlərindən iki gün sonra PYD terror təşkilatının lideri, İlham Əhməd adlı qadın terrorçu bir müddət Qəndildə xidmət edən məşhur PKK terrorçusudur. Rusiya Xarici İşlər nazirinin müavini tərəfindən Moskvada qonaq edilib”.
 
T.Dağlı qeyd edib ki, Rusiyanın Liviyada Haftar üzərində qurduğu tənliyin Türkiyə tərəfindən alt-üst edilməsi, ABŞ-ın Əfqanıstandan geri çəkilməsi ilə yaranan yeni tənliyi Rusiyanın təhdid olaraq oxuması və bu yeni tənlikdə Rusiyanın deyil, Türkiyənin üstünlük təşkil etməsi rusları Türkiyəyə qarşı aqressivləşdirir:

"Putin özünü nə vaxt Türkiyə mövzusunda pis hiss edərsə, etdiyi ilk iş İdlibi qarışdırmaq olur. Putin bunu sonuncu dəfə sınayanda 34 əsgərimiz İdlibdə şəhid olmuşdu. Rusiya İdlibi Türkiyənin zəif yeri kimi görür. Bəli, elədir. Ancaq təkcə Türkiyə üçün deyil. İdlib Türkiyənin zəif yeridirsə, Rusiya və İranın da zəif yeridir. Rusiyanın İdlib üzərindən rus ruleti oynamaq israrı Türkiyəyə ağır bədəllər ödətə bilər. Amma belə bir fakt qarşısında heç vaxt birtərəfli olmayacaq".
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fransanın Azərbaycana müsbət jesti - Deputat Parisin son addımını şərh edir

Son günlər 44 günlük müharibə zamanı, eləcə də ondan əvvəlki dövrdə Azərbaycana qarşı qərəzli siyasi kurs tutmuş Fransa dövlətinin mövqeyində dəyişiklik sezil...

Azərbaycanın dostu olan erməni dissident - Georgi Vanyan vəfat etdi

Azərbaycanpərəst mövqeyi ilə seçilən erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan koronavirus səbəbilə müalicə ol...

Bayramovla Mirzoyanın görüş günündə baş verənlər: Əsgərimiz şəhid oldu, Rusiyanın və Minsk qrupunun gizli niyyəti...

"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Minsk görüşündən böyük nəticələr gözləmirəm”.   Bunu S...

MN-dən qanunsuz erməni silahlı dəstə üzvlərinə XƏBƏRDARLIQ

Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib.   Nazirlikdən Sfera.az-a daxil olan xəbərdarlıqda deyilir: "...

Erməni təxribatının arxasında hansı dövlətlər dayanır? – “Bu, onların mənfur planıdır”

"Oktyabrın 14-də erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid oldu. Ermənilərin bu əməlinin hərbi-siyasi m...

Politoloq həyəcan təbili çaldı: “İran meyxanaçılar üzərindən insanlara təsir edir”

"Azərbaycanda iki zümrə var ki, İran xüsusi xidmət orqanları oraya asanlıqla nüfuz edə bilir: İdmançılar və meyxanaçılar”.   Sfera.az xəbər verir ...