Ərdoğanla Angela Merkel arasında görüş oldu

Ərdoğanla Angela Merkel arasında görüş oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.

Sfera.az "Habertürk"ə istinadən xəbər verir ki, liderlər İstanbulun Huber malikanəsində bir araya gəliblər.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, regional məsələlər, həmçinin miqrasiya va qaçqınlar problemi müzakirə olunub.

Prezident və kansler malikanənin eyvanından İstanbul boğazını izləyiblər. R.T.Ərdoğan A.Merkelə boğaz haqqında məlumat verib. Onlar, həmçinin sahildəki vətəndaşları, o cümlədən jurnalistləri salamlayıblar.

Liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

OXŞAR XƏBƏRLƏR