Ərdoğanın Ukraynaya səfərinin tarixi açıqlandı
23:00 / 19.01.2022
1817
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayanaya səfər edəcəyi tarix açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası Ukrayna-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Rüstəm Ümərova istinadən məlumat yayıb.
Bildirilib ki, səfər fevralın 3-də, iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olduğu gündə baş tutacaq.