Ərdoğanın sabaha vəd etdiyi “sürpriz” nədir? – Azərbaycan bu addımı atacaqmı...

Ərdoğanın sabaha vəd etdiyi “sürpriz” nədir? – Azərbaycan bu addımı atacaqmı...
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah iyulun 20-də Şimali Kipr parlamentində çıxışı zamanı "xoş sürpriz” açıqlayacağını bildirib.
 
Ərdoğanın Şimali Kiprə səfəri bu gün iyulun 19-da başlayır və Türkiyədən  prezidentin rəhbərliyi ilə geniş heyət ada türklərinin milli bayramında iştirak etmək üçün gedir. Bu aralarda Azərbaycan Milli Məclisindən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi heyət də Şimali Kiprdə səfərdədir. Heyət Şimali Kipr prezidenti Ersin Tatar da daxil olmaqla bir sıra şəxslərlə görüşlər keçirib. Belə görünür ki, Azərbaycan nümayəndə heyəti də Ərdoğanın sabahkı çıxışını izləyəcək.

Bəs Türkiyə prezidenti Şimali Kiprlə bağlı hansı sürpiz açıqlamağa hazırlaşır? CNN Türk bununla bağlı beş versiya irəli sürüb. 1-ci versiya budur ki, Ərdoğan Azərbaycanın Şimali Kiprlə diplomatik əlaqələr quracağını elan edəcək.

Bildirilir ki, Azərbaycan Milli Məclisinin üzvlərindən ibarət heyətin üç gündür Lefkoşada olması bu ehtimalı gücləndirir. Şimali Kipr prezidenti Ersin Tatar heyəti qəbul edərkən "Biz bir millət, üç dövlətik” ifadəsini işlədib. Əgər Azərbaycan Şimali Kipri tanısa bu, Türkiyənin adada nizamlama ilə bağlı BMT-yə təqdim etdiyi, iki ayrı dövlətin mövcudluğunu nəzərdə tutan həll modelinə də dəstək olacaq.

2-ci versiyaya əsasən Ərdoğan yunanları Şimali Kiprdə vaxtilə yaşadıqları Maraş şəhərinə geri dönməyə çağıracaq. 3-cü versiyaya əsasən 1974-cü ildə Kipr əməliyyatı zamanı Türkiyə ordusunun təyyarələrinin adaya enməsi üçün qurulan, ancaq ötən illərdə istifadəsiz qalan Geçitkale hərbi bazasında daimi əsasla "Bayraktar TB2” döyüş pilotsuz təyyarələri üçün aviabaza yaradılması qərarı elan ediləcək. 4-cü versiyaya əsasən Gazimağuş limanında Türkiyənin hərbi dəniz bazası qurulacaq. Nəhayət 5-ci versiyya əsasən Şimali Kipr sahillərində təbii qaz kəşf olunmasının xəbərini verəcək. Belə ki, Türkiyənin kəşfiyyat gəmiləri ötən il Kipr sahillərində bir sıra zondaj və seysmik araşdırmalar həyata keçirmişdi.
 
Virtualaz.org
 

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...