Ərdoğanın müavini koronavirusa yoluxdu
00:13 / 20.11.2020
4311
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Özhaseki koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, o, bu barədə özünün "Twitter" hesabında yazıb.
"COVİD-19 testimin nəticəsi pozitiv çıxdı. Həmd olsun, hazırda vəziyyətim yaxşıdır və həkimlərin tövsiyəsi ilə müalicəm evdə davam edir. Xeyir-dualarınızı əskik etməyin. Təmasda olduğum dostlarımın diqqətli olmasını xüsusən rica edirəm", - deyə siyasətçi bildirib.
Qeyd edək ki, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğandır.