Ərdoğanın iclası 5 saat davam etdi: Nələr müzakirə olundu?

Ərdoğanın iclası 5 saat davam etdi: Nələr müzakirə olundu?
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

Sfera.az xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclasda müzakirə olunacaq məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətidir.

Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla yanaşı, Liviya və Suriyadakı fəaliyyəti də nəzərdən keçirilir.

İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən "Pəncə” əməliyyatlarının gedişi, Kipr məsələsi, Egey və Aralıq dənizindəki vəziyyət, terrora qarşı mübarizə və digər strateji məsələlər müzakirə olunur.

İyunun 14-də Brüsseldə NATO-ya üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Təhlükəsizlik Şurasının müzakirə edilən digər məsələsi Türkiyə hərbçilərinin alyansdakı vəzifələri ilə bağlıdır.

***

5 saat davam edən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

MTŞ-nin iclasında İsrail-Fələstin münaqişəsi, Kipr böhranı, eləcə də terrorla mübarizə məsələləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...