Ərdoğanın görüşdüyü “İnstagram” fenomeninin anası həbs edildi — Rüşvətə görə
10:10 / 03.03.2020
2756
"İnstagram”da böyük ölçülü yeməklər hazırlayaraq, məşhurlaşan aşpaz Burak Özdemirin anası həbs edilib.
Sfera.az xəbər verir ki, onun anası Didem Bozbura çalışdığı "İstanbul Çapa Tıp Fakültəsi” xəstəxanasında rüşvət aldığı iddia olunaraq saxlanılıb. Ondan başqa xəstəxanın daha 3 nəfər tibb heyəti də istintaqa cəlb olunub.
Burakın anası üçün prokuror vəzifə səlahiyyətlərindən sui - istifadə maddəsini rəhbər tutaraq 3 il 9 ay həbs istəyib.
İstintaq davam edir, yaxın günlərdə məhkəmə 3 həkim barədə qərar verəcək. (olke.az)