Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsi ilə əlaqədar öz Tvitter səhifəsində paylaşım edib.
Sfera.az xəbər verir ki, qardaş ölkənin başçısı Xocalı qurbanlarına rəhmət diləyib:
"İllər keçsə də unutmayacağımız, hüznünü təkrar-təkrar Xocalı qətliamının 29-cu il dönümündə qadın, uşaq, qocaya fərq qoymadan amansızca qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə yad edib, dost və qardaş Azərbaycan xalqına baş sağlığı verirəm.
Tək millət iki dövlətik...Türkiyə olaraq haqq savaşında Azərbaycanın yanında olmağa davam edəcəyik", deyə, Ərdoğan qeyd edib.