Ərdoğandan Talibanla bağlı açıqlama: “Talibanı əhatəli bir hökumət qurmağa yönəltməliyik”

Ərdoğandan Talibanla bağlı açıqlama: “Talibanı əhatəli bir hökumət qurmağa yönəltməliyik”
"3,6 milyonu Suriyadan olan 5 milyon qaçqına ev sahibliyi edən ölkəmiz Əfqanıstandan qaynaqlanan yeni bir köç yükünü daşıya bilməz”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Əfqanıstan xalqına yardım etməyin zəruri olduğunu bildirib:

"G20 -ni dünyamızın qarşılaşdığı çətinliklər qarşısında əməkdaşlıq üçün əsas platforma olaraq görürəm. Əfqanıstandakı proseslərin siyasi və humanitar ölçüləri ilə bərabər iqtisadi və maliyyə təsirləri də var. Məsələnin G20-nin iş sahəsi çərçivəsində nəzərdən keçirilməsini alqışlayıram. Əfqanıstanda yeni bir siyasi reallıqla üz-üzəyik. Ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi beynəlxalq miqyasda da çox vacibdir.

Dialoq kanallarını açıq saxlamalı və Talibanı əhatəli bir hökumət qurmağa yönəltməliyik. Bu gün Əfqanıstan xalqı 40 ildən çox davam edən münaqişə və terrorun, siyasi qeyri-müəyyənliyin dağıdıcı nəticələri ilə mübarizə aparır. Belə bir dövrdə beynəlxalq toplumun Əfqanıstan xalqına arxa çevirmək kimi şansı yoxdur. Bu çətin günlərdə Əfqanıstan xalqı qarşısında qardaşlıq borcumuzu yerinə yetirməyə davam edəcəyik”.

Dövlət başçısı Əfqanıstandan olan immiqrasiyanın Avropaya da təsir edəcəyini deyib:

"İŞİD-in Kabil Hava Limanında həyata keçirdiyi hücumlardan göründüyü kimi, terror təhlükəsi hələ də davam edir. Məlumdur ki, Əfqanıstanda baş verənlər immiqrasiya riskini artırır. 3,6 milyonu Suriyadan olan 5 milyon qaçqına ev sahibliyi edən ölkəmiz Əfqanıstandan qaynaqlanan yeni bir köç yükünü daşıya bilməz. Türkiyənin cənub və şərq sərhədlərindən məruz qalacağı immiqrasiya təzyiqindən Avropa ölkələrinin də təsirlənməsi qaçılmazdır”.
 
Əzizə Zeynal
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Polşa Belarusla sərhəddə əsgərlərinin sayı artırır

Polşa miqrantlara görə Belarusla sərhəddə əsgərlərinin sayını artırır. Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə nazir...

Özbəkistanda Prezident seçkilərinin nəticələri AÇIQLANDI

"Özbəkistanın hazırkı prezidenti, Özbəkistan Liberal Dermokrat Partiyası sədri Şavkat Mirziyoyev ötən gün keçirilən prezident seçkilərində səslərin 80,1 faizini...

Sudanda fövqəladə vəziyyət elan edildi

Sudanda hazırkı ali idarəçilik qurumu olan Suveren Şuranın sədri general Əbdülfəttah əl Burxan həm bu qurumun, həm də hökumətin buraxıldığını elan edib. S...

ABŞ senatoru Azərbaycanla bağlı Bəyannamə imzaladı - FOTO

ABŞ-ın Florida ştatından olan senator Annet Coan Taddeo-Qoldşteyn Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Bəyannamə imzalayıb. Diasporla İş...

Sudan paytaxtında toqquşmalar zamanı 12 nəfər yaralandı

Xartum şəhərində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar zamanı 12 nəfərin güllə yarası aldığı bildirilir. Sfera.az  xarici KİV...

Bu ölkədə fövqəladə vəziyyət elan olundu

Sudan Suverenlik Şurasının sədri general Burhan Suverenlik Şurası və hökuməti ləğv edərək fövqəladə vəziyyət elan etdiyini açıqlayıb. Sfera.az xəbər v...