Ərdoğandan F-35 açıqlaması: \"1 milyard 400 milyon dollarımızı geri alacağıq\"
16:14 / 21.10.2021
627
"F-35 gərginliyini Romadakı G20 sammitində Baydenlə danışacağıq".
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.
"Heç bir halda Türkiyənin hüquqlarının pozulmasına icazə verməyəcəyik. Hazırda danışıqlar gedir. Ancaq 1 milyard 400 milyon dollarımızı bu və ya digər şəkildə alacağıq", - deyə Ərdoğan bildirib.
Turan Rzayev
Sfera.az