Ərdoğandan 2027-ci il üçün kritik həmlə: Türk ordusunun inanılmaz silahı

Ərdoğandan 2027-ci il üçün kritik həmlə: Türk ordusunun inanılmaz silahı
Aralıq dənizinin şərqindəki ona yaxın ölkə ilə üz-üzə qalan Türkiyənin Silahlı Qüvvələrindən kritik həmlə gəlib.
 
140 il əvvəl iki sualtı gəmi ilə ilk dəfə dənizlərin altında fəaliyyətə başlayan Türk Donanması bu gün bölgəsindəki ən təsirli qüvvələrdən birinə çevrilir.

Yerli mətbuatın verdiyi məlumata görə, Türkiyə yeni "U 214” tipli sualtı döyüş gəmilərinin istehsalına başlayıb. Gələn ildən 2027-ci ilə qədər sualtı gəmilər bir-birinin ardınca dənizlərə buraxılacaq.

Yeni layihə 2011-ci il iyunun 22-də Almaniyanın "ThyssenKrupp” Dəniz Sistemləri Şirkəti və Türkiyə Müdafiə Sənayesi Nazirliyi arasında anlaşmanın imzalanmasından sonra qüvvəyə minib. Artıq layihə çərçivəsində "U 214” tipli sualtı gəmilərin istehsalına başlanıb.

Artıq sualtı gəmilərdən biri 2019-cu ilin dekabrında Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı bir mərasimdə müvəffəqiyyətlə dənizə buraxılıb. Həmin tədbirdə layihənin 5-ci sualtı gəmisi olan "Seydi Əli Rəis”in ilk qaynaq mərasimi keçirilib.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən "Rəis tipli sualtılar” adlandırılan sualtı gəmilərin 80 faizi yerli texnologiyalarla istehsal olunur. 2.7 milyard dollarlıq layihə çərçivəsində 6 ədəd müasir sualtı gəmi 2027-ci ilə qədər tədricən Türk donanmasının inventarizasiyasına daxil ediləcək.

Türkiyə istehsalı gəmilər dünya miqyasında nüvə enerjisi ilə işləyən sualtı qayıqlardan sonra ən strateji sualtı gəmi kimi tanınır. Hidrogen yanacağı ilə işləyən sualtı gəmilər 21 gün ərzində su səthinə çıxmadan hərəkət edə bilər. Hərbi mütəxəssislər müharibə vaxtı gəminin səthə çıxmadan üç həftə gizlənməyin strateji xüsusiyyət olduğuna diqqət çəkirlər.
 

/Teleqraf

OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...