Ərdoğan Rama ilə görüşdü: 7 müqavilə imzalandı
22:10 / 17.01.2022
1275
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya Baş naziri Edi Rama ilə görüşüb.
Sfera.az xəbər verir ki, tərəflərin mətbuat konfransından öncə hökumətlər arasında 7 müqavilə imzalanıb.
Müqavilələr təbii fəlakət və fövqəladə halların idarə olunması, media, dövlət arxivləri, mədəniyyət və incəsənət, təhlükəsizlik, gənclər və idman sahələrini əhatə edib.