Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”

Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”
"Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır. Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”.

Sfera.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri bildirib. 

Ərdoğan deyib ki, Türkiyə bu istiqamətdə lazım olan hər cür dəstəyi verməyə hazırdır: "Qara dəniz sülh dənizi olaraq qalmalıdır. Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik. Bu istiqamətdə dəyərli dostum Zelenski ilə fikir mübadiləsi apardıq”. 

Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğulayıb: "Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil. Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Ukraynada Donbas bölgəsində sülhün bərpası missiyasını çətin şəraitdə davam etdirir və etdirməlidir. Müşahidəçilərin bu missiyasının da təhlükəsizliyin təmini şərtləri əsasında olması əhəmiyyətlidir. Bu məsələlərdə hər kəs üzərinə düşəni yerinə yetirməlidir. Yaradılandan bəri türk diplomatları tərəfindən idarə edilən Avropa Təhlükəsizlik Komissiyasının missiyasını yerinə yetirməsi üçün verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...