“Ərdoğan Putinlə Zəngəzur dəhlizini müzakirə edəcək” - Açıqlama
16:20 / 17.06.2021
2102
"Türkiyə Cənubi Qafqazda ən aktiv rollardan
birini alıb və faktiki olaraq bölgədədir. Eyni zamanda güc olaraq Azərbaycanın
yanında yer alır”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Rusif
Məmmədsoy deyib. O bildirib ki, ABŞ prezidenti Co Baydenlə görüşündən sonra
Ərdoğan yaxın zamanda Vladimir Putinlə də görüşəcək:
"Ərdoğanın Putinlə görüşü zamanı xüsusi
müzakirə olunacaq məsələlər var - Suriya, Qarabağ və xüsusilə də Zəngəzur dəhlizi.
Türkiyə prezidentinin fikrincə, Putin Zəngəzur dəhlizinin açılmasında əlindən gələni
əsirgəmiyəcək. Bu mənada həmin məsələnin yaxın zamanda öz həllini tapacağına
şübhə etmirəm. Çünki bu sadəcə Azərbaycan, Türkiyənin deyil, eyni zamanda
region ölkələrinin, Avropanın belə maraq dairəsindədir. Bununla Ermənistan və
Rusiya, o cümlədən Türkiyə və Azərbaycan arasında yol daha rahat olacaq. Bu səbəbdən
Ermənistan da bu məsələdə xüsusi aktivlik göstərməlidir. Bunu Ermənistanın
eks-prezidenti Levon Ter Petrosyon da son günlərdə dəfələrlə dilə gətirir”.
Müsahibimiz qeyd edib ki, Ərdoğan Putinlə
görüş öncəsi çox maraqlı bir ifadə ilə yadda qalıb: "O söylədi ki, Azərbaycanda hərbi baza
yaradacağımızı istisna etmir. Əslində Şuşa anlaşması bir növ Qarabağın,
bütövlükdə Azərbaycanın, Milli Təhlükəsizlik maraqlarımızın müdafiəsi, qarantı
kimi qiymətləndirilməlidir. Lakin, bunu qeyd edərkən Ərdoğan hər kəsə mesaj
verir. Yəni, bu proseslər tezləşdirilməlidir. Biz hər şeyə hazırıq. Əgər Azərbaycan
üçün hər hansı bir təhlükə varsa, biz hərbi yardım üçün də burada olacağıq. Ən əsası
Türkiyə regional gücdən, qlobal gücə çevrilir. Bu səbəbdən də bu addımlar çox
vacibdir”.