Ərdoğan nöqtəni qoydu: Türk Ordusu Qarabağda olacaq!

Ərdoğan nöqtəni qoydu: Türk Ordusu Qarabağda olacaq!

"Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb”.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Qarabağın işğaldan azad olunması ilə bağlı Azərbaycanı təbrik edib.

Daha sonra söyləyib ki, Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzinin yaradılması haqqında razılaşma imzalayıb. Onun sözlərinə görə, Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq.

Türkiyə Prezidenti deyib ki, Azərbaycan heç bir zaman mülki şəxsləri hədəf almayıb və almayacaq: "Bundan sonra da Azərbaycanla ortaq gələcəyimizin qurulması üçün birlikdə çalışacağıq”.

O, bəyanatın imzalanması ilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. Bildirib ki, hər zaman olduğu kimi türkiyə Azərbaycanın yanında oldu və işğalın sona çatması üçün hər bir şeyi etdi:

"Türkiyə və Türk milləti olaraq 28 ildir ki, hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə hiss etdik. Daha əvvəllər Kirpdə, 1990-cı illərə Bosniyadakı qətliamlara laqeyd qalanlar Qarabağdakı qətliamları da görməməzliyə vurublar. Biz Xocalıda və digər Qarabağ şəhərlərində qətlə yetirilən qocaların, uşaqların, qadınların acısını azərbaycanlı qardaşlarımızla birlikdə yaşadıq, birlikdə göz yaşı tökdük. Ermənistanın yenidən Azərbaycan torpaqlarına hücum etməsi ilə yenidən başlayan döyüşlərdə bütün imkanlarımız və qəlbimizlə azərbaycanlı qardaşlarımızın yanında yer alaraq, bu işğalı sona çatdıracaq prosesə töhfə verdik. Azərbaycan Prezidenti İlham Əliyevlə demək olar ki, hər gün danışdıq, bu həyəcanı birlikdə yaşadıq”.


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...