Ərdoğan İstanbul kanalının tikintisinin başlayacağı vaxtı AÇIQLADI
15:43 / 07.04.2021
806
İstanbulda gəmiçilik kanalının tikintisi yayda başlayacaq.
Sfera.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə İstanbul kanalının tikintisindən imtina etməyəcək.
Qeyd edək ki, İstanbul kanalının tikintisi 5 ilədək davam edəcək. Bosfor kanalına paralel çəkiləcək kanalın uzunluğu 45 kilometr, eni 600 metr olacaq. Gündəlik buraxılış gücü 150-160 gəmi təşkil edəcək.