Ərdoğan İlham Əliyevə telefonla zəng etdi

Ərdoğan İlham Əliyevə telefonla zəng etdi
Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sfera.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramovdan ölkə gənclərinə təbrik

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib. Sfera.az  xəbər verir ...

XİN rəsmisi gəncləri Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə t...

Minsk Qrupundan XİN rəhbərlərinin görüşü ilə bağlı - BƏYANAT

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar. ...

Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı məhv edilən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib. Sfera.az xəbər verir ki, bu barədə "Sputn...

Hikmət Hacıyev İstanbulda çıxış edəcək - DETALLAR

Dekabrın 11-12-də İstanbul şəhərində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləc...

Azərbaycan 10 erməni hərbçini təhvil verdi - DTX məlumat yaydı

Azərbaycan 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Sfera.az xəbər verir ki, bu barədə Dövlət...