No Image
No Image

"Ərdoğan hakimiyyətdədir torpaqlarımızı geri almalıyıq"

Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Paşinyan bir tərəfdən dünya güclərinə yalvarır ki, atəşkəsə nail olsun, digər tərəfdən atəşkəsi dərhal pozur. Burda məntiq görürsünüzmü?

- Mən əvvəllər də erməni təxribatları haqqında söyləmişdim ki, Paşinyanın psixikasında ciddi problemlər olduğu üçün onun addımları normal məntiqlə izah oluna bilməz. Onun hərəkətlərini izləməklə niyyətini müəyyənləşdirmək mümkün deyil. Amma o da mümkündür ki, Köçəryan və Serj Sarkisyanın nəzarət etdiyi Qarabağ klanı və onların ordudakı tərəfdarları Paşinyanı saymır. 90-cı illərdə də Ter-Petrosyan həmişə gileylənirdi ki, səhra komandirləri ona qulaq asmırlar. Biz Minsk qrupunun həmsədrlərinə, beynəlxalq ictimaiyyətə bu barədə məlumat verməliyik. 1992-ci ilin mayın 6-da İran prezidenti Rəfsancaninin dəvəti ilə Petrosyan və Yaqub Məmmədov sülh danışıqları üçün Tehrana səfər etdi. İndi necə ki, həmsədr dövlətlərin iştirakı ilə atəşkəs haqqında razılaşmalara əhəmiyyət vermirlər, onda da ermənilər İrana eyni cür hörmətsizlik edərək danışıqlar getdiyi bir vaxtda Şuşanı işğal etdilər.

- Onda üstünlük onlar tərəfdə idi, amma indi vəziyyət fərqlidir...

- Doğrudur, ancaq baş tutmamış Ermənistanın dövlətinin siyasətçilərini,klan başçılarını erməni gənclərin, həm də döyüşə göndərdikləri qadın və uşaqların həyatı yox, hakimiyyət düşündürür. Həm də Qarabağ klanı fikirləşir ki, müharibədə nə qədər çox Paşinyan tərəfdarı qırılsa bir o qədər onların xeyirinədir. Ona görə də ola bilsin fikirləşirlər ki, məğlubiyyətdən istifadə edib Paşinyanı devirərlər ,sonra xarici himayədarlarının dəstəyi ilə 90-cı illərdə olduğu kimi torpaqlarımızı təkrar işğal edərlər, azad etdiyimiz torpaqları təkrar işğal edə bilməsələr belə onsuz da bu torpaqlar onların deyil.

- Qüdrət bəy, Qarabağ klanı Ermənistanda hakimiyyətə gələrsə Rusiya münaqişəyə aktiv müdaxilə edib bizi dayandıra bilərmi?

- Rusiya bilir ki, bunu etsə Azərbaycanı həmişəlik itirəcək. Ona görə də bizimlə səmimi dostluğa sadiq qalıb, bəyan etdikləri neytrallığı qoruyacaqlar.

Amma hər şey Türkiyə və Azərbaycanın qətiyyətindən asılı olacaq. Xüsusilə Türkiyənin. Çünki Türkiyə güclü dövlətdir. Türkiyə beynəlxalq təzyiqlər qarşısında güzəştə gedib bizi tək buraxarsa bizim də güzəştə getməkdən başqa yolumuz qalmayacaq. Amma kimsənin Ərdoğanın iradəsini sındıra biləcəyini düşünmürəm. Ona görə zamanında söyləyirdim ki, nə qədər ki, Ərdoğan hakimiyyətdədir biz torpaqlarımızın azad olunması üçün savaşa başlamalıyıq. İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik. Onlar işğala son qoymaq üçün mümkün olan hər şeyi edəcəklər.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mahir Qurbanov Kosta-Rika mediasına müsahibə verib

Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov Kosta-Rikanın tanınmış  "La Voz de Goicoechea” xəbər portalına müsahibə verib. Sfera...

"Prezidentin bu Fərmanı Ermənistan üçün məcburi xarakterli “müalicə” tədbiridir..."

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin Moderator.az-a müsahibəsini təqdim edir.   - Son vaxtlar Ermənistan  müxtəlif istiqamətlərdə atəşkəs...

“Rauf Arifoğlu ilə Pənah Hüseynin evində görüşdük, ona dedim ki...” – İqbal Ağazadə ilə MÜSAHİBƏ

"Sevinək ki, İqbal Ağazadənin həm pulu var, həm də demokratik cəmiyyət uğrunda mübarizə aparır" "Ümid" partiyasının sədri İqbal Ağazadə Sfera.az saytına...

“Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar” - SİYASİ ANALİTİK

Cənubi Qafqazda və qonşu regionlarda geopolitik durum sabitləşmək bilmir. Müharibədə məğlub olan Ermənistan sistematik olaraq Tovuz və Kəlbəcər istiqamətində mö...

"İndiyə qədərki heç bir müttəfiqlər arasında bağlanan müqavilələrdə belə bənd olmayıb"

"Türkiyəyə qarşı vuruşmaq ehtimalı yaranarsa, ermənini kim müdafiə edir etsin, Ermənistan bu müharibədən salamat çıxa bilməz".    Sfera.az xə...

"48 saat ərzində 21 erməni mövqeyi götürdük" - Kəşfiyyat rəisi

Bu gün Silahlı Qüvvələr günüdür. Bu münasibətlə vətənin keşiyində duran bütün hərbçiləri təbrik edirik! Həmin hərbçilərdən biri də şanlı zəfər tariximizin qızıl...