No Image
No Image

Ərdoğan "Brexit"dən sonra Türkiyəni Avropa İttifaqına qəbul etməyə çağırdı

Ərdoğan
"Brexit"lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa İttifaqı (Aİ) ailəsində yer alması ilə aradan qaldırıla bilər”.

Sfera.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

"Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik”, - deyə Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan bir ölkədir: "Bunu görəcəksiniz. Xüsusən də Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır...”.

Xatırladaq ki, Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə ittifaqa üzv olmaq üçün müraciət edib. Lakin üzvlüyə dair danışıqlar yalnız 2005-ci ildə başlayıb, özü də fikir ayrılıqları üzündən dəfələrlə dayandırılıb. Müzakirə sənədinin 35 fəsildən 16-sı artıq açıqdır. Brüssel 2016-cı ilin martında, Türkiyənin Avropaya miqrant axınının azaldılmasına kömək etmək üçün razılıq verməsi müqabilində,  danışıqları sürətləndirdi. 
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR