Ərdoğan Boris Consonla telefonda danışdı
20:41 / 14.01.2022
1416
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığında Suriya və Ukraynadakı proseslərlə yanaşı, iqlim və miqrasiya məsələləri müzakirə olunub.