Ərdoğan: \"BMT-nin yenilənməsinə ehtiyac var\"

Ərdoğan: \
"Birinci dünya müharibəsindən sonra təməlləri qoyulan Birləşmiş Millətlər Təşkilatı uzun müddətdir ədaləti təmin etmir”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRTWorld Forumunun açılış mərasiminə göndərdiyi videomüraciətdə bildirib.

O deyib ki, BMT-nin yenilənməsinə ehtiyacı var: "İslam aləminin söz haqqının olmadığı, Afrikanın, Latin Amerikasının, Cənubi Asiyanın tələblərinə diqqət göstərilmədiyi, sadəcə gücü əlində saxlayan beş ölkənin mənfəətinin güdüldüyü bu sistemin hazırkı forması ilə davam etməsi mümkün deyil. BMT və digər beynəlxalq qurumlarda islahatlara ehtiyac və artıq heç kim bunu görməməzliyiə vura bilməz”.

OXŞAR XƏBƏRLƏR