Ərdoğan Baydeni təbrik etdi
20:38 / 10.11.2020
8523
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydeni təbrik edib.
Sfera.az xəbər verir ki, təbrik mətni Türkiyə Prezident Administrasiyası tərəfindən yayılıb.
"Seçkidəki qələbəniz münasibətilə sizi təbrik edirəm və Amerika xalqına sülh və rifah diləyirəm. Ölkələrimiz arasında müttəfiqlik münasibətlərini inkişaf etdirməyə qərarlıyıq”, - təbrik mətnində bildirilib.