Ərdoğana etirazlar: “MHP ilə müttəfiqlik bizə ziyan verir”
15:59 / 22.04.2019
3289
Türkiyənin keçmiş xarici işlər və baş naziri Əhməd Davudoğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib.
Sfera.az-ın məlumatına görə, Davudoğlu sosial şəbəkədəki hesabında yazdığı açıqlamada AKP-nin MHP ilə əməkdaşlğını ziyanlı adlandırıb:
"Seçkinin nəticələri göstərir ki, AKP-nin MHP ilə müttəfiqliyi bizə ancaq ziyan verir. Millətin gözyaşı, əməyi, ağlı və ürəyi ilə qurulan partiyamız və ölkəmiz şəxsi maraqlarını düşünən, dar düşüncəli qrupun istifadəsinə verilməməlidir. Vaxt itirmədən partiyamızın strukturu gücləndirilməli, məsləhət və ortaq ağıl mexanizmləri aktiv şəkildə işlədilməli, təşkilatımız əsil kimliyinə və funksiyasına qaytarılmalıdır”.
Rəşad
Sfera.az