Ərdoğan və Putin Hələbə yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər

Ərdoğan və Putin Hələbə yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər

Rusiya və Türkiyə liderləri bu gün telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Hələbə  humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.

 

Həmçinin tərəflər Hələbdə toqquşmaların tezliklə dayandırılması perspektivlərini müzakirə ediblər.

 

Bundan başqa, iki ölkə lideri dekabrın 1-də keçiriləcək strateji planlaşdırma üzrə Rusiya-Türkiyə birgə qrupunun görüşü, baş nazir Binali Yıldırımın dekabrın əvvəlində Rusiyaya səfəri barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, bu, son günlər ərzində Ərdoğan və Putin arasında baş tutan üçüncü telefon danışığıdır. 

 

***

 

21:58

 

Rusiya prezidenti Vladimir Putinlə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, tərəflər Rusiya-Türkiyə münasibətlərini müzakirə ediblər.

 

Söhbət zamanı yaxın gələcəkdə müxtəlif səviyyələrdə baş tutacaq ikitərəfli görüşlər, Türkiyənin Suriya münaqişə ilə bağlı mövqeyi müzakirə olunub.

 

Qeyd edək ki, Ərdoğan çıxışında bildirib ki, "Fərat qalxanı” əməliyyatının məqsədi Əsəd rejimini devirməkdir. Buna münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov  Ərdoğanın bəyanatının çox ciddi olduğunu və onun ötən bəyanatları ilə ziddiyyət təşkil etdiyini söyləyib.


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

Sabah bu rayonlarda QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Sabah Ucar, Zərdab, Beyləqan və Göyçay rayonlarının qaz təchizatında müvəqqəti yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft...

"Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq.   Sfera.az bildirir ki, alman şirkəti tender...

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...