Ərdoğan qızının toyuna görün neçə min nəfər dəvət edib

Ərdoğan qızının toyuna görün neçə min nəfər dəvət edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sürəyya Ərdoğanın toyuna  6 min nəfər qonaq dəvət olunub.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sürəyya Ərdoğan iş adamı Səlçuk Bayraktarla ailə həyatı qurur. Cütlüyün toy mərasimi 14 may tarixində İstanbulun ən böyük saraylarından biri olan Halkalıdakı Yəhya Kamal Beyatlı sarayında baş tutacaq.

Toyda cütlük haqda film nümayiş olunacaq. Görüntülərdə gəlinlə bəyin uşaqlıq şəkilləri, yaxın dostlarının və qohumlarının onlar haqqında fikirləri öz əksini tapacaq. 

Prezident qızının nikah şahidlərindən biri baş nazir Əhməd Davudoğluolacaq. 

Toy günü Türkiyə polis gücləndirilmiş iş rejimində çalışacaq.


OXŞAR XƏBƏRLƏR