Ərdoğan öldürülən terrorçuların sayını açıqladı

Ərdoğan öldürülən terrorçuların  sayını açıqladı
 

Suriyanın şimalında "Barış bulağı” hərbi əməliyyatları başladığı vaxtdan bu günə qədər indiyə kimi 109 terrorçu öldürülüb.

Sfera.az bildirir ki,  bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Prezident hərbi əməliyyatların davam etdiyini vurğulayıb. R,TƏrdoğanın sözlərinə görə,, öldürülən terrorçulardan başqa, yaralılar və təslim olanlar da var. 

Ərdoğan onu da qeyd edib ki, son 4 ildə Türkiyədə 7500, ölkə sərhədlərindən kənarda 8500, ümumilikdə 16 min terrorçu məhv edilib.

Türkiyə Prezidenti bildirib ki, 5500 İŞİD-çi haradan gəlmişdisə, ora da göndərilib.  Ərdoğan qeyd edib ki, "Barış bulağı” hərəkatının məqsədi Suriyanın ərazi bütövlüyünə dəstək verməkdir: 

"Ey AB özünüzə gəlin. Bizim əməliyyatımızı bir işğal hərəkəti deyə xarakterizə etməyə çalışsanız işimiz asandır. Qapıları açırıq və sizə 3.6 milyon qaçqın göndəririk. 

Bütün NATO ölkəsi olanlara səslənirəm, başda Amerika: Biz Türkiyəyik  və biz NATO üzvü olan ölkəyik. 5-ci maddəni çox yaxşı bilirlər. Bu terror təşkilatları NATO üzvü olan Türkiyəyə hücum edərkən siz buna bir dəfə səssiz qala bilməzsiniz, buna haqqınız yoxdur".   


OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...