Ərdoğan: "Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur"
Dünya
21:00 / 20.12.2019
1679
"Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur".
Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Ankara dəfələrlə Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün arxivləri açmağa çağırsa da, Yerevan bundan imtina edir:
"Ermənistanın arxivləri açmamasının səbəbi odur ki, heç bir "erməni soyqırımı" olmayıb".
R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı 1,5 milyon arxiv sənədi var.