Ərdoğan böyük şəhərlərdə niyə uduzdu? - Müsahibə

Ərdoğan böyük şəhərlərdə niyə uduzdu? - Müsahibə
Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası başda paytaxt Ankara, İstanbul və İzmir şəhərləri olmaqla, müxalifətə məğlub oldu.   
 
Türkiyənin tanınmış ictimai və siyasi xadimi, hüquq müdafiəçisi Rəcəp Karagöz  AKP-nin niyə məğlub olmasənın səbəblərini açıqlayıb. 
 
-Türkiyədə seçkilər bitdi. AKP paytaxt Ankara və İstanbul şəhəri olmaqla böyük şəhərlərdə bələdiyyələri uduzdu. Baş verənləri necə şərh edirsiniz? 
 
-  Bildiyiniz kimi Türkiyədə regional idarəetmələrdə 25 il əvvəl, yəni 1994-cü ildə Milli Görüş bələdiyyəçiliyi dövrü başladı. Bu tarixdən etibarən İstanbul və Ankara şəhərləri başda olmaqla, bir çox böyük şəhərin rəhbərliyi dəyişdi. Fərqli idarəetmə anlayışı ilə idarə olunmağa başlanılan bələdiyyələrdən xalq uzun müddət məmnun qaldı və davamlı olaraq hər seçkidə Milli Görüş dəstəkləndi. Zaman içərisində başlayan çürümə, rüşvətxorluq, saxtakarlıqlar, partizanlıqlar, bərabərsizliklər və şəhərlərin plansız şəkildə böyüdülməsi kimi problemlər xalqın dəstəyini geri çəkməsinə səbəb oldu.   Lakin iqtidar olmağın imkanlarından istifadə edərək bundan əvvəlki bələdiyyə seçkilərində çətin də olsa qalib ola bildilər. Aradan keçən 25 ilin sonunda 31 mart bazar günü keçirilən bələdiyyə seçkilərində başda İstanbul və Ankara olmaqla, istənilən böhtan, manipulyasiya və düşmənləşdirmə siyasətinə baxmayaraq, xalq başqa siyasi qüvvələri seçdi.   İqtidar mənsublarının onlara səs verməyən təbəqələri terrorçu və terrorçulara dəstək verənlər olaraq xarakterizə etmələrinə baxmayaraq, xalq boyun əyməyərək, çətin prosesdən gec də olsa bir çox şəhərdə qırmızı kart göstərdi.  
 
-Türkiyə iqtidarının güc itirməsinin əsas səbəbi nədir?   
 
-28 fevral hərbi çevriliş dövrünün vurduğu zərbə və iqtisadi çökmədən sonra Ədalət və İnkişaf Partiyası iqtidara gəldiyi 2002-ci ildən 2008-2009 illəri arasında iqtisadi, azadlıqlar, çoxmədəniyyətlilik, ali ədalət, hüququn üstünlüyü kimi bir çox mövzuda gedən pis vəziyyəti yaxşıya çevirmək cəhdləri nəticə vermiş və fərqli təbəqələrin də dəstəyini almışdır. Proses vaxtı Türkiyədə "camaat” olaraq xarakterizə olunan Fətullah Gülən tərəfdarları reallaşdırılan koalisiya nəticəsində təhlükəsizlik orqanları və mühakimə sistemini təhvil aldılar. FETÖ üzvləri etdikləri haqsızlıqlarla, hüququn qətl edilməsi ilə AKP-nin seçkiləri uduzmasında böyük rola sahibdirlər. Bundan əlavə, 15 iyul 2016-cı ildəki hərbi çevriliş cəhdindən sonra aidiyyatı olmayan insanlara qarşı edilən haqsızlıqların da rolu böyükdür.   Digər tərəfdən partiya içərisindən çıxarılan qüvvələr də AKP-nin məğlubiyyətində pay sahibidirlər. 2002-ci və 2010-cu illəri arasında iqtisadiyyatın başında olan kadrların işdən çıxarılması və iqtisadiyyatda pis gedişatın dayandırılmaması və hər ötən gün bir daha batan iqtisadi göstəricilər də xalqın dəstəyini geri çəkməsində əsas faktorlardandır.   Türkiyədə baş verən "Gezi aksiyaları”, kürd problemində gəlinən təhlükəsizliyi təhdid edən siyasətlər, Suriya müharibəsində Türkiyə iqtidarının mövqeyi, Ərəb Baharı hadisələri kimi proseslər də atılan lazımsız siyasi addımlar da AKP-nin güc itirməsinə səbəb olan amillərdəndir. eastnews


OXŞAR XƏBƏRLƏR

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...