Ərdoğan: Azərbaycanlı qardaşlarımızın ağrılarını bölüşürük

Ərdoğan: Azərbaycanlı qardaşlarımızın ağrılarını bölüşürük
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı açıqlama verib. 
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, Ermənistan qoşunlarının 1992-ci ilin 26 fevralında Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə təşkil etdiyi hücumda 613 Azərbaycan vətəndaşı, o cümlədən, uşaq, qadın, qoca amansızcasına qətlə yetirilib: 
"Türkiyə olaraq Xocalıdakı bu qeyri-insani qırğının acısını hər zaman ürəyimizdə hiss edir, azərbaycanlı qardaşlarımızın ağrılarını bölüşürük. Xocalı qətliamı bütün bəşəriyyətin dərs çıxarmalı olduğu hadisədir”.  
 
Ərdoğan əlavə edib ki, beynəlxalq aləmdən bu faciəyə lazımı diqqət və həssaslıq gözləyir: 
"Azərbaycan torpaqlarının 1/5-i hələ də Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qardaşımız yurd-yuvasından didərgin düşüb. Bir daha təkrar edirik ki, Ermənistan 25 ilə yaxın bir müddətdə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.
Hər zaman olduğu kimi, bundan sonra da bu haqq işində azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə Türkiyə prezidenti qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...