Endirimli kredit kampaniyası davam edir!

Endirimli kredit kampaniyası davam edir!
 

Daim müştərilərini sevindirməyə çalışan Expressbank, noyabr ayının 4-dən başladığı nağd pul krediti üzrə endirimli kampaniyanın müddətini dekabr ayının 30-dək uzatdı.

Müştərilərin böyük marağını nəzərə alaraq, Expressbank 30 000 AZN-dək nağd pul kreditini dekabr ayının sonunadək illik 16.5% ilə təklif edir. Kampaniya çərçivəsində güzəştli şərtlərlə krediti 12 və ya 24 aylıq deyil, hətta 36 ayadək rəsmiləşdirmək mümkündür. Kredit, müddətdən asılı olmayaraq müştərilərə eyni faiz dərəcəsi, yani illik 16.5% ilə təklif edilir.

Nağd pul kreditindən faydalanmaq istəyən müştərilər, iş günləri səhər saat 09:00-dan 18:00-dək Expressbank-ın istənilən filialına, şənbə günləri isə saat 10.00-dan 15.00-dək Nəsimi, Əhmədli, Sumqayıt, Gəncə, Mingəçevir və Bərdə filiallarına yaxınlaşaraq, nağd pul kreditini güzəştli şərtlər ilə rəsmiləşdirə bilərlər. Krediti, həm də, //www.expressbank.az/loans/cash-loans saytından, filiala gəlmədən onlayn sifariş etmək mümkündür.

Expressbank kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Belə ki, müştərilər Expresspay ödəniş terminalları, mobil əlavə və ya www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...