ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ - 2 gündə 10 kənddə görüş keçirib - FOTOLAR + VİDEO

ƏN YAXŞI KAMPANİYA APARAN YAP NAMİZƏDİ - 2 gündə 10 kənddə görüş keçirib - FOTOLAR  + VİDEO
 

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanov, hər gün Şabran və Siyəzən rayonlarının 4-5 kəndində seçicilərlə görüş keçirir.

Hakim partiyanın ən yaxşı təbliğat-təşviqat kampaniyası aparan namizədlərindən olan S.Qurbanov son 2 gündə 10-a dək kəndin seçicilərilə görüşüb. Bu kəndlərin bəziləri isə qarlı dağ kəndləridir.

Namizəd əvvəlcə Şabran rayonunun Ağbaş, Çölquşçu və Çayqaraqaşlı kəndlərində seçicilərin qarşısına çıxıb. Burda həm öz platforması barədə danışıb, həm də sakinləri dinləyib, onların problemlərini öyrənib.

S.Qurbanov seçicilərlə görüşdən sonra Ağbaş kəndində şəhid Milli Qəhrəman Samir Zülfüqarovun ailəsinə baş çəkib. "Samir qardaşımız 1995-ci ildə Cavadov qardaşlarının dövlət çevrilişinə cəhd etdiyi zaman qorxmaz, igid əsgər olaraq öz şücaətini göstərmiş və bu yolda şəhid olmuşdur. Anamız Gülgəz xanım ailəsinə göstərdiyi diqqətə görə dövlətimizə, onun rəhbəri cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi”, - S.Qurbanov qeyd edib.

Siyəzən rayonunda isə Yenikənd, Gilgilçay, Tuğay, Aşağı Ələz, Yuxarı Ələz, Dağquşçu kəndlərində görüşlər olub. S.Qurbanov həmçinin rayon mərkəzində 48-49 saylı yaşayış binalarının sakinləri ilə də görüşüb.

YAP-ın namizədi bütün görüşlərdə seçicilərdən tam dəstək vədini alıb.

S.Qurbanovun son 2 gündəki görüşlərindən fotoları təqdim edirik:


 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...