No Image
No Image

Ən çox yayılan beyin problemi - Miqrendən necə qurtulmaq olar?

Ən çox yayılan beyin problemi - Miqrendən necə qurtulmaq olar?
İyulun 22-si Ümumdünya Beyin Günü kimi qeyd olunur. Bu günlə bağlı yayılan məlumatlarda ən geniş yayılan baş, beyin probleminin miqren olduğu vurğulanır.

Türkiyənin nevrologiya uzmanları açıqlamalarında miqren və onun müalicəsi barədə danışıblar. Qeyd olunub ki, baş ağrılarının əsas səbəblərindən biri miqrendir. Məlumatlara görə, hər beş qadından, hər on kişidən biri miqrendən əziyyət çəkir. Miqren insanların həyat keyfiyyətinə təsir edir.

Miqren baş ağrısını digər ağrılardan neçə fərqləndirmək olar?

Sfera.az e-tibb.az-a istinadən bildirir ki, miqren ağrısı başın bir tərəfindən başlayır. Zonqlayıcı tərzdə olan ağrı saatlarla davam edir. Ürəkbulanma, gündəlik işlərə mane olan, şiddətli baş ağrısı, işığa, səsə qarşı dözümsüzlük miqrenin əsas əlamətləri sayılır. Bildirilir ki, stress, depressiya, hamiləlik, menopauza öncəsi hal, çox parlaq işıq, çirkli, isti hava, atmosferdə, havada olan dəyişkənliklər miqren ağrılarının baş qaldırmasına səbəb olur. Fermentli qidalar, şokolad, quru meyvələr, balıq, alkoqol, kofeinli içkilər, gün ərzində az maye qəbulu miqren tutmalarını şiddətləndirə bilər.

Mütəxəssislər miqrenin müalicə olunan xəstəlik olduğunu deyiblər. Bunun üçün sadəcə, insanlar xəstəlik haqda maariflənməli, həyat tərzlərini dəyişməli, tutmalar zamanı düzgün dərman istifadə etməli, kəskin tutmaların qarşısını almaq üçün öncədən tədbir görülməlidir.

Xroniki miqrenin müalicəsində isə ən yaxşı metod botulino terapiya (botoks) sayılır.

Qeyd olunub ki, bu metodla müalicə olunan xroniki miqren xəstələrinin təxminən 83 faizində yaxşı nəticə qeydə alınıb. Bu müalicəni alanlarda miqrenin tutma sıxlığı və şiddəti əhəmiyyətli dərəcədə azalıb.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ölkə üzrə son vəziyyət - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Xidmətdən Sfera.az-a bildirilib ki, fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın in...

Son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəb...

Qarın yağması koronavirusu zəiflədəcəkmi? – Həkim əksini düşünür, çünki...

Hazırda dünyada, eləcə də Azərbaycanda koronavirusla mübarizə aparılır. Digər tərəfdən insanlar qarın yağması və havanın şaxtalı keçməsinin yoluxucu xəstəlikl...

Azərbaycanda daha bir virus təhlükəsi: 18 günədək gizli qalır – İnfeksionistdən XƏBƏRDARLIQ

Sərhəd qonşumuz İranda quş qripi epidamiyası günü-gündən kəskin hal almaqdadır. Belə ki, sözügedən xəsətəlik səbəbi ilə ölkədə 1 milyona yaxın quş məhv edilib....

Bu, COVID-19-u tamamilə MƏHV EDİR

Son dövrlər xəstə insanların bəzi yaralarının sağalmasında istifadə edilən ozon qazının (oksigen molekullarının ultrabənövşəyi süanı udaraq iki oksigen atomuna ...

İsa Qəmbər koronavirusa qarşı peyvənd vurdurdu - VİDEO

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, sabiq spiker İsa Qəmbər koronavirus əleyhinə peyvənd olunub. Sfera.az xəbər verir ki, Müsavat partiyasının ...