\"Ən çox təhqir edilənlər səhiyyə işçiləridir\" - Rəşad Mahmudov

\
"Barələrində ən çox böhtan və təhqir xarakterli məlumat yayılan şəxslər arasında səhiyyə işçiləri üstünlük təşkil edir".
 
Sfera.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov deyib. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü bu istiqamətdə məhkəmə orqanları tərəfindən tədbirlərin görülməsinin zəruri olduğunu deyib:

"Gündəlik həyatımızda KİV-lərdə, sosial şəbəkələrdə fiziki və hüquqi şəxslərlə bağlı ləkələyici məlumatlar yayılır.  Bütün bunlara bağlı cinayət işinin açılması və sonda ittiham hökmünün çıxarılması demək olar ki, yox səviyyəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, şəxs onun ləyaqət və işgüzar nüfuzunu pozan məlumatların məhkəmə qaydasında təkzib edilməsi üçün müraciət edə bilər. Lakin bizdə hazırda belə müraciətlər azdır.
Bu da  qurunun yanında yaşın  yanması kimi ölkədə güclü bilgiyə sahib ixtisas sahiblərinin gələcəkdə beyin köçü nəticəsində xarici ölkələrə köçməsinə səbəb olur".

Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR