Ən çox peyvənd alan ölkələr - SİYAHI

Ən çox peyvənd alan ölkələr - SİYAHI
Dünya ölkələri COVID-19 pandemiyası dövründə fərqli mərhələlərdən keçir. Bəzi ölkələrdə məhdudiyyətlər yumşaldılsa da, bəzilərində tədbirlər sərtləşdirilir. Ancaq bütün ölkələr üçün ortaq hesab olunan problem var ki, bu da peyvənd əldə etməkdir. Peyvənd tədarükündə tez-tez problemlər yaşanır.  
 
Bəs, hansı ölkələr öz əhalisi üçün COVID-19 epidemiyası əleyhinə kifayət qədər peyvənd alıb?

Sfera.az xəbər verir ki, ən çox peyvənd alan ölkələr siyahısında ilk 10-luqda inkişaf etmiş və gəliri yüksək olan ölkələr yer alır.

Kanada əhalisinin sayı ilə müqayisədə ən çox peyvənd alan ölkədir. Bu ölkə hər bir vətəndaşı üçün 8 dozadan çox peyvənd əldə edib.

Peyvənd tədarükündə vaksin istehsalçıları ilə adambaşına 7 dozalıq müqavilə imzalayan Böyük Britaniya isə siyahıda ikinci yerdə qərarlaşır. 

Qardaş Türkiyədə bu rəqəm 1.25 təşkil edir. "The Launch" and "Scale Speedometer"in məlumatlarına görə Türkiyə 104 milyon 500 min doza peyvəndin alınması üçün müqavilələr imzalayıb. 30 milyon dozanın alınması üçün isə danışıqlar davam edir.

Rəsmi məlumatlara əsasən aprel ayının sonundan etibarən Türkiyədə satın alınan vaksin əhalinin 63%-ni iki dozada peyvəndləmək üçün kifayət edir.
 
Peyvənd alqı-satqısı müqavilələrini Brüssel vasitəsilə həyata keçirən Avropa Birliyi (AB) ölkələrində adambaşına 4.66 doza COVID-19 peyvəndi alınıb.

Azərbaycana isə indiyədək 2 milyondan çox vaksin gətirilib.  Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd olunub.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR