Ən çox bahalaşma bu rayonlarda qeydə alınıb – SİYAHI

Ən çox bahalaşma bu rayonlarda qeydə alınıb – SİYAHI
2021-ci ildə ölkəmizdə qiymət artımları son 4 ilin ən yüksək səviyyəsinə çatıb. Rəsmi məlumatlara əsasən, illik qiymət artımları 4,8 faiz olmaqla əvvəlki illərdəki bahalaşma sürətini bir neçə dəfə qabaqlayıb. 

Sfera.az bildirir ki, əvvəlki dövrlərdən fərqli olaraq bu il qiymət artımları paytaxtda yox, regionlarda güclənir. Bakıda illik bahalaşma 4,4 faiz olmaqla respublika üzrə orta göstəricidən aşağıdır. Amma regionların bir çoxunda qiymət artımları daha böyük olduğundan respublika üzrə qiymət artımları da yüksək olub. 

Rəsmi məlumatlara əsasən, 2021-ci ilin yanvar-avqust ayları ərzində ən yüksək qiymət artımı Masallı rayonunda qeydə alınıb. Bu rayonda illik qiymət artımları 8,2 faiz olub. Masallıda qiymətlərin bu qədər artmasına ərzaq məhsullarının 9,5 faiz, qeyri-ərzaq mallarının 7,7 faiz bahalaşması güclü təsir edib. 

Qiymət artımları Abşeron rayonunda da böyük olub. Burada illik bahalaşma 7,2 faiz təşkil edib. Abşeronda qiymət artımının yüksək olması ərzaqların qiymətinin 9,1 faiz artması ilə bağlıdır. 

Bahalaşmanın böyük olduğu digər rayonlardan Siyəzən və Lerikin də adını çəkmək olar. Hər iki rayonda 7,1 faiz bahalaşma qeydə alınıb. Siyəzəndə bahalaşmaya daha çox ərzaq mallarının qiymətinin 11,3 faiz artması, Lerikdə isə ərzaq mallarının 8,8 faiz, qeyri-ərzağın 7,8 faiz bahalaşması təsir edib. 

Adıçəkilən rayonlardan başqa Tərtərdə, Ağstafada, Xaçmazda, Göyçayda, Ucarda, Salyanda qiymətlərdəki artım sürəti böyük olması ilə fərqlənir. Bu rayonların hər birində qiymətlər 6,2-6,7 faiz intervalında artıb. 

Ümumilikdə, bu il bütün regionlarda qiymət artımlarının böyük olmasının ərzaq məhsullarının dəyərindəki dəyişikliklə bağlı olduğu üzə çıxır. Yanvar-avqust ayları ərzində 7 rayon və şəhərdə ərzaq məhsullarında bahalaşma 9 faizi ötüb. Bunlardan ikisində (Siyəzən və Salyan) ərzaq malları 10 faizdən çox bahalaşıb. 

Bu dövrdə Bakıda isə ərzaqlar 5 faiz dəyər qazanıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...