Ən çox bahalaşma Azərbaycanın bu rayonlarında qeydə alınıb – SİYAHI
13:07 / 19.01.2021
2670
Ən çox bahalaşma Siyəzəndə, ən az bahalaşma Naxçıvanda olub.
2020-ci ildə Azərbaycanda 2,8 faiz bahalaşma qeydə alınsa da qiymət artımları rayonlar üzrə fərqlənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ən yüksək qiymət artımı Siyəzən rayonunda qeydə alınıb. Burada illik müqayisədə qiymətlər 7,2 faiz artıb.
Sfera.az bildirir ki, Siyəzən rayonundan başqa Lerik (7 faiz), Göyçay (6,8 faiz), Daşkəsən (6,4 faiz), Neftçala (6,4 faiz), Ağstafa (6,3 faiz), Gədəbəy (6,3 faiz), İmişli (6,3 faiz), Hacıqabul (6,3 faiz) rayonlarında qiymət artımı yüksək olub.
Vasif
Sfera.az