Ən böyük qələbəmizi Qarabağda birlikdə qeyd edəcəyik!

Ən böyük qələbəmizi Qarabağda birlikdə qeyd edəcəyik!
 

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün ayrılan 22-

günlük təbliğat-təşviqat kompaniyası bu gün başa çatır. Hər bir mərhələnin

başlanğıcı kimi, sonu da var.

24 saylı Nizami birinci seçki dairəsi üzrə namizəd Könül Nurullayeva sonuncu

təşviqat gününün planına uyğun olaraq, Keşlə qəsəbəsində M. Ağayev 43,

M.Agayev 22, D. Aslan 14 və P. Fərzəliyev 142a ünvanlarında yaşayan sakinlərlə və

daha sonra Naxçıvanski 73, 79 və 81 saylı binanın seçiciləri ilə məhəllədə silsilə

görüşlər keçirdi. Ağsaqqal və ağbirçəklərimizin məsləhət və xeyir-duaları, gənc

bacı və qardaşlarımızın qonaqpərvərliyi və istiqanlığı, üzlərindəki şəfəq və ümid

hissi onun doğru yolda olduğunu göstərirdi.

Dairənin ərazisi üzrə Rüstəmov 35, 37, 39 ünvanlarının həyətində keçirilən

izdihamlı görüşdə xüsusi qonaq - Qarabağ qazisi, 2-qat paralimpiya çempionu,

xalqımızın sevimlisi İlham Zəkiyev də iştirak edirdi. O, Könül xanımın idman

ictimaiyyəti üçün gördüyü işlərdən, beynəlxalq arenada dövlətimizin təbliğatı

istiqamətində apardığı fəaliyyətindən danışdı və seçiciləri ona dəstək olmağa

çağırdı. "Könül xanım, bu günə qədər çox qələbələr qazanıb, 2 gün sonra da

növbəti qələbəsini qazanacağına şübhə etmirəm. Könül xanımın millət vəkili

seçilməyi bu həm də sizin qələbəniz sayılacaq. Arzu edirəm ki, tezliklə bizim

hamımızın ümümi dərdi olan Qarabağ məsələsində tarixi qələbəmizi qeyd edək!

Daha sonra Könül Nurullayeva çıxışında qeyd etdi: "Son həftələr ərzində minlərlə

insanla görüşlər, sizlərin sonsuz dəstəyi, səmimiyyəti, duaları, insanlardan

aldığım enerji sayəsində, seçdiyim yolun doğruluğuna əminliyim gündən günə

artırdı. Bu görüşlərimiz üçün müvəqqəti darıxacağam, çünki bu 22 gündə sizlərə

çox bağlandım. Artıq özümü bu ərazidə yaşayanların ailə üzvü kimi hiss edirəm.

Ümid edirəm ki, millət vəkiliniz olaraq bundan sonra görüşlərimiz hələ çox

olacaq. Sizlərlə birgə əl-ələ verib təkcə Nizami rayonunun deyil, günü gündən

inkişaf edən Azərbaycanın daha böyük uğurları üçün işlər görmək mənim

arzumdur! Hamınıza ayrı-ayrılıqda dəstəyiniz üçün təşəkkürümü bildirirəm.”

Sonda Könül xanım fürsətdən istifadə edərək bütün layiqli, vicdanlı, zəhmətkeş və

ən əsası xalqının həqiqi vəkili ola biləcək namizədlərə uğurlar arzu etdi. Xalqımıza

açıq və ədalətli seçkilər, yeni yaranacaq parlamentə isə uğurlar arzu etdi!
 
Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında
daha ətraflı məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.

 



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...