"Əmrahın boynuna sarılacağımı xəyal edirdim, şəhid olduğunu eşitdim..." - Tanınmış aparıcı

"27 sentyabr, 2020 ci il, bazar günü. Yuxudan oyanıram İlqar yerində yox, maşın da həyətdə deyil. Zəng edirəm ki, hardasan? Telefonun o başından xoşbəxt bir səslə - "Müharibə başladı, mən Horadizə gedirəm". Bir gözün ağlayıb, bir gözün gülməyinin nə demək olduğunu mən onda anladım”.
 
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, həmkarı Zülfiyyə Bayramova deyib. O qeyd edib ki, iki oğlu əsgərlikdə olan  ananın bir gözü sevincdən gülsə də, digər gözü "birdən balalarıma bir şey olar " deyib ağlayır:

"Ardınca qardaşımın yoldaşı zəng edir ki, müharibə başlayıb Hamlet də getdi. Qardaş yükü də gəlir oğul, ər yükünün üstünə. Birdən Əmrah düşür yadıma, amma tez özümə təsəlli verirəm ki, yox o Bakıda xidmətdədir yəqin ki, aparmazlar. Sonra eşidirəm ki, onları da aparıblar. Bacımın oğlu gəlir ki, xala, mən könüllü gedirəm, haqqını hallal et. "Getmə” deyə bilmirəm, desəm də, faydası olmayacağını gözəl bilirəm. Bu böyük ev get gedə daralır - bir divan qalır, bir də televizor. O divanda oturub, nəfəs çəkmədən televizordan alacağım xəbərlərə baxıram”.

Z.Bayramova həmin zaman cəbhəyə getmək üçün işlədiyi TV rəhbərliyinə müraciət edib:

"Amma müsbət cavab almıram. Bir ananın, bacının, həyat yoldaşının gecələri diri gözlə sabahlamağı bilirsiniz nədir? Qardaşımdan 3 gün xəbər ala bilmirik. Ev az qalır başıma uça. Yenə yalvarıram ki, məni göndərin gedim cəbhəyə. Yenə "yox” cavabı. 

Əmrahın itkin düşmə xəbərini eşidirəm. Bu dəfə dünyam daralır, nəfəsin boğazıma düyünlənir və yenə işə gedirəm. Amma indi yalvarmağa yox, məzuniyyət götürməyə. Məzuniyyət götürürəm və mən də gedirəm, Əmrahımı axtarmağa. Yol boyu Əmrahı tapacağımı, boynuna sarılacağımı xəyal edirəm. Beyləqana çatanda Əmrahın şəhid olma xəbərini eşidirəm. Sanki dünyam dağıldı və mən müharibə bitənə kimi bir daha Bakıya qayıtmadım. Təsəllim o odun-alovun içində olub, balalarıma bir nəfəs qədər yaxın olmaq idi”.

Qeyd edək ki, Əmrah aparıcının oğlunun tələbə yoldaşı olub.

Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Alek Baldvin ölümünə səbəb olduğu rejissorun ailəsi ilə görüşdü - FOTO

Amerikalı aktyor Alek Baldvin ölümünə səbəb olduğu quruluşçu rejissorun ailəsi ilə görüşüb.   Sfera.az bildirir ki, aktyor ilk dəfə Halina Hatçinin həyat...

Səidə Sultan yeni klipi üçün soyundu - VİDEO

Müğənni Səidə Sultan son işi ilə səs-küyə səbəb olub.   Sfera.az bildirir ki, ifaçı bu dəfə yeni klipi üçün soyunub. Sultanın kontrabas arxasında verdiyi...

Murad Dadaşovdan aktrisaya jest - FOTO

Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov aktrisa Sənubər İsgəndərliyə jest edib.   Sfera.az bildirir ki, bu barədə aktrisa özü məlumat verib. İsg...

"Puluna görə evlənmişəm" - Özündən 35 yaş böyük kişi ilə ailə quran Diana Əhədpur

Keçmiş model Diana Əhədpur rejissor Nail Naiboğlunun verilişinin qonağı olub.  Sfera.az xəbər verir ki, suallara səmimi cavabları ilə diqqət çəkən Di...

İbrahim Tatlısəs özündən 43 yaş kiçik sevgili tapdı, bu FOTOsu ilə gündəm oldu

Məşhur türkiyəli müğənni İbrahim Tatlıses yeni sevgilisi ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, bu dəfəki iddialara görə, ifaçı özündən 39 yaş kiçik ...

Tanınmış müğənnimiz 35 yaşında ƏRƏ GEDİR- BƏYLƏ FOTOLARI

Bu gün müğənni Sevda Yahyayevanın toy məclisi baş tutacaq. Sfera.az bildirir ki, bu barədə ifaçı özü məlumat verib.  O, toy dəvətnaməsini sosial medi...