Əmraha Azərbaycandan təklif – Qəbul etmədi
11:15 / 30.12.2019
1448
12 ildir Yeni il gecəsi səhnəyə çıxmayan türkiyəli məşhur müğənni Əmrah bu il də ənənəsinə sadiq qalıb.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bu il də Azərbaycandan edilən Yeni il günü restoranlardan birində çıxış etmək təklifini rədd edib.
Bildirilib ki, O, 2020-ci ili Bodrumdakı evində, həyat yoldaşı Sibel Erdoğan və uşaqları ilə birgə keçirməyi planlaşdırır.(yeni sabah)