No Image
No Image

Çempionlar Turunda finalçılar müəyyənləşəcək

Çempionlar Turunda finalçılar müəyyənləşəcək

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün finalçılar müəyyənləşəcək.

Sfera.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. İlk görüşdə Məmmədyarov 1:3 hesabı ilə uduzduğundan, bugünkü ilk 4 qarşılaşmanın yekununda və tay-brekdə qalib olmalıdır.

1/4 finalda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran Maqnus Karlsen isə digər yarımfinalda Ermənistan şahmatçısı Levon Aronyanla görüşəcək. İlk yarımfinalın yekununda heç-heçə qeydə alınıb - 2:2.

Çempionlar Turu: "New In Chess"

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

İlk görüş - 3:1

Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç)

İlk görüş - 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

AFFA 2021-ci il avqustun 1-dək gömrük rüsumundan azad olundu

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) AVRO-2020-nin oyunları ilə əlaqədar 2021-ci il avqustun 1-dək gömrük rüsumundan azad olunub. Sfera.a...

Güləşçimiz final görüşünə çıxmadı

Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində final görüşünə çıxmayıb. Sfera.az-ın məlum...

"Barselona", "Real Madrid" və "Yuventus" Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yaydı

İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klubu Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yayıb.   Hər üç klub təzyiq və təhdidlə...

"Qəbələ" və "Səbail"in UEFA yarışlarına buraxılmamasının səbəbi açıqlandı

  "Qəbələ" və "Səbail" klublarının UEFA yarışlarında iştirak üçün lisenziya ala bilməməsinin səbəbi açıqlanıb. Bu barədə hər iki klubdan məlumat ver...

Böyük Britaniyanın Azərbaycandakı səfiri BOS-da - FOTO

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş keç...

AFFA iki klubu avrokuboklara buraxmadı

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak et...