Çempionlar Turu: Məmmədyarov Aronyana uduzdu

Çempionlar Turu: Məmmədyarov Aronyana uduzdu
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start verilib.

Sfera.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir.

36 yaşlı qrossmeyster 1/4 final mərhələsinin ilk günündə rəqibinə uduzub. Şahmatçılar birinci oyunda sülhə razılaşıb. Aronyan II və III görüşdən qalib ayrılıb. IV görüşün nəticəsi isə əhəmiyyət daşımayacaq.

1/4 final görüşləri sabah davam edəcək. Məmmədyarov rəqibinə qalib gəlsə, tay-breyk oynanılacaq.

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan çempionatında yenilik - Hakimlər müsahibə verəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının qarşılaşmalarını idarə edən hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması n...

"Omoniya" - "Qarabağ" oyununun hakimləri AÇIQLANDI

UEFA Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında keçiriləcək II tur oyununun hakimləri müəyyənləşib. Sfera.az ...

Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı tədbirlər keçirdi - FOTO

Gənclər və İdman Nazirliyi Anım Günü ilə bağlı bir sıra tədbirlər keçirib. Nazirlikdən Sfera.az-a verilən məlumata görə, əvvəlcə Respublika Stend Atıcılığ...

Məşhur futbolçu ABŞ klubundan qovuldu

ABŞ-ın "Tsintsinnati" futbol klubunun baş məşqçisi Yap Stam istefaya göndərilib. Sfera.az MLS təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, niderl...

Nazir atıcılıq federasiyasının fəaliyyəti ilə maraqlandı - VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlikdən məluma...

Pakistanlı güləşçidən Azərbaycan təmsilçisinə ağır İTTİHAM

Pakistanın çimərlik güləşçisi Məhəmməd İnam Rumıniyanın Konstanta şəhərində keçirilmiş Dünya Seriyasının final mərhələsində Azərbaycan təmsilçisi İbrahim Yusubo...