Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək
22:53 / 16.07.2021
1818
Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
Sfera.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 2020/21 mövsümünün final qarşılaşması İstanbulda keçirilməli idi. Lakin Türkiyə koronavirusa yoluxma hallarının artması səbəbilə final matçı Portuda keçirilmişdi.