Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşdi
Bu gün UEFA Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.
Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
Artıq "Atalanta” (İtaliya), "Atletiko” (İspaniya), "Leyptsiq” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.
"Çelsi" - "Bavariya" (0:3), "Napoli"- "Barselona" (1:1), "Real" - "Mançester Siti" (1: 2) və "Lion – "Yuventus” (1:0) cütünün cavab qarşılaşmaları isə koronavirusa görə təxirə salınıb. Bu görüşlər avqustun 7-8-də keçiriləcək.
Püşkatmanın nəticələrini sizə təqdim edirik:
1/4 final
"Mançester Siti" /"Real" - "Yuventus" /"Lion"
"Leypsiq" - "Atletiko"(Madrid)
"Barselona" /"Napoli" - "Çelsi" /"Bavariya"
"Atalanta" - PSJ
Yarımfinal:
YF 1: 1-ci və 3-cü 1/4 final mərhələsi cütlərinin qalibləri
YF 2: 2-ci və 4-cü 1/4 final mərhələsi cütlərinin qalibləri
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 12-15, yarımfinal görüşləri isə 18-19 avqust tarixlərində oynanılacaq. ÇL-nin final matçı isə avqustun 23-də olacaq.
Əlavə edək ki,
Qeyd edək ki, 1/4 finalın görüşləri bir oyundan ibarət olacaq. Qarşılaşmalar Portuqaliyada keçiriləcək.